AFFA bütün respublika üzrə çempionat oyunlarını təxirə saldı
![AFFA bütün respublika üzrə çempionat oyunlarını təxirə saldı](https://mediasport.az/uploads/images/202412/image_750x_674ef94777575.jpg)
AFFA fevralın 8-9-da aşağı yaş qrupları üzrə liqalarda keçiriləcək oyunları təxirə salıb.
Mediasport.az xəbər verir ki, qərar qeyri-sabit hava şəraiti səbəbindən qəbul edilib.
Matçların keçirilmə tarixi haqda məlumat veriləcək.
Xatırladaq ki, qərara bütün zonalar üzrə planlaşdırılan AFFA U-8, U-9, U-10, U-11, U-12, U-13 və U-14 Liqalarının qarşılaşmaları daxildir.