Azərbaycan klublarında işləmiş tanınmış həkim vəfat etdi

 Azərbaycan klublarında işləmiş tanınmış həkim vəfat etdi

Azərbaycan futbolunda çalışan tanınmış həkim Sədrəddin Məmmədov dünyasını dəyişib.

Mediasport.az xəbər verir ki, ötən ilin sonlarında onun səhhətində ciddi problem yaranıb.

Qanında infeksiya tapılan həkim uzun müddət müalicə olunsa da dünən vəfat edib.

Mərhum "Qarabağ", "Neftçi", "Kəpəz", "Turan", "Səbail" və Azərbaycanın aşağı yaş yığmalarında faəliyyət göstərib.

Qeyd edək ki, Məmmədov Gəncədə dəfn olunacaq.