Gültəkin Şirinova İordaniyada dünya üçüncüsü adını qazanıb

Gültəkin Şirinova İordaniyada dünya üçüncüsü adını qazanıb

İordaniyanın paytaxtı Əmmanda keçirilən güləş üzrə U-20 dünya çempionatı davam edir.

Mediasport.az xəbər verir ki, idmançımız Gültəkin Şirinova uğurlu çıxış edib.

53 kq çəki dərəcəsində yarışan təmsilçimiz dünya birinciliyinin bürünc medalını qazanıb.