Hakimi təhqir edən baş məşqçi və klub rəsmisinin cəzaları açıqlandı
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Mediasport.az xəbər verir ki, Əvəzedicilər Liqası və AFFA-nın aşağı yaş qrupları üzrə liqalarının oyunları zamanı baş vermiş qayda pozuntularına hüquqi qiymət verilib.
21 sentyabr 2024-cü ildə Əvəzedicilər liqasının 7-ci turunun "Neftçi-2" - "Qarabağ-2" oyununun 73-cü dəqiqəsində "Qarabağ-2" komandasının 62 nömrəli futbolçusu Zaman Zamanlı ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, "Qarabağ-2" komandası 150 manat cərimə edilir (maddə 39.1);
22 sentyabr 2024-cü ildə Əvəzedicilər liqasının 7-ci turunun "Turan Tovuz-2" - "Araz-Naxçıvan-2" matçının oyunöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə "Turan Tovuz-2" komandası 80 manat cərimə edilir (maddə 73.1);
23 sentyabr 2024-cü ildə Əvəzedicilər liqasının 7-ci turunun "Səbail-2" - "Sabah-2" oyununun 90+2-ci dəqiqəsində "Səbail-2" komandasının 94 nömrəli futbolçusu Fərid Şahhüseyni ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, "Səbail-2" komandası 150 manat cərimə edilir (maddə 39.1);
23 sentyabr 2024-cü ildə Əvəzedicilər liqasının 7-ci turunun "Səbail-2" - "Sabah-2" oyununun 2-ci hissəsi "Sabah-2" komandasının meydançaya gec çıxması səbəbindən gec başladığına görə "Sabah-2" komandası 150 manat cərimə edilir (maddə 60.4);
23 sentyabr 2024-cü ildə Əvəzedicilər liqasının 7-ci turunun "Sumqayıt-2" - Zirə-2" oyununun 34-cü dəqiqəsində "Sumqayıt-2" komandasının 64 nömrəli futbolçusu Kənan Feyziyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, "Sumqayıt-2" komandası 80 manat cərimə edilir (maddə 41).
22 sentyabr 2024-cü ildə AFFA Gənclər Liqasında keçirilən "Kəpəz" PFK - "Turan Tovuz" FK oyunu bitdikdən sonra "Kəpəz" PFK komandasının heyətində 37 nömrəli futbolçu Sənan Əliyev təcavüzkar davranışa (rəqibi sillə ilə vurduğuna) görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 4 oyun cəzalandırılsın (maddə 40.3).
22 sentyabr 2024-cü ildə AFFA Gənclər Liqasında keçirilən "Kəpəz" PFK - "Turan Tovuz" FK qarşılaşması bitdikdən sonra "Turan Tovuz" FK komandasının heyətində 5 nömrəli futbolçu Elcan Xəlilov təcavüzkar davranışa (rəqibi sillə ilə vurduğuna) görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 4 oyun cəzalandırılsın (maddə 40.3)
21 sentyabr 2024-cü ildə AFFA U-17 Liqasında keçirilən "Araz Naxçıvan" PFK - "Qarabağ" FK oyununda "Araz Naxçıvan" PFK komandasının heyətində 24 nömrəli futbolçu İsmayıl Hüseynov qarşılaşmanın 38-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın (maddə 36.5).
21 sentyabr 2024-cü ildə AFFA U-17 Liqasında keçirilən "Sumqayıt" FK - "Qəbələ" İK oyununda "Qəbələ" İK komandasının heyətində 7 nömrəli futbolçu Allahverdi Şirinov qarşılaşmanın 72-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın (maddə 41).
21 sentyabr 2024-cü ildə AFFA U-16 Liqasında keçirilən "Sumqayıt" FK - "Səbail" PFK oyununda "Sumqayıt" FK komandasının heyətində 4 nömrəli futbolçu Amil Abuşov qarşılaşmanın 45-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 41).
21 sentyabr 2024-cü ildə AFFA U-16 Liqasında keçirilən "Sumqayıt" FK - "Səbail" PFK oyununda qarşılaşmanın 72-ci dəqiqəsində "Səbail" PFK komandasının heyətində 15 nömrəli futbolçu Rail Bədəlov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 36.5).
22 sentyabr 2024-cü ildə AFFA U-16 Liqasında keçirilən ASTA FK - "Şamaxı" FK oyununda ASTA FK komandasının heyətində 16 nömrəli futbolçu Nəriman Nağıyev qarşılaşmanın 88-ci dəqiqəsində simulyasiyaya görə ikinci sarı vərəqə ilə cəzalandırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 36.5).
22 sentyabr 2024-cü ildə AFFA U-15 Liqasında keçirilən "Metak" FK - "Neftçi" PFK oyunu ərzində "Metak" FK komandasının cəzalı baş məşqçisi Mehman Səfərov və Metak FK-nın nümayəndəsi Salman Səfərov yan xətt hakimini dəfələrlə təhqir etməsinə görə 5 oyun cəzalandırılsın (maddə 43.4).
22 sentyabr 2024-cü ildə AFFA U-15 Liqasında keçirilən "Metak" FK - "Neftçi" PFK oyununda oyun bitdikdən sonra azarkeşlər meydana daxil olaraq yan xətt hakiminə təzyiq etməyə çalışdıqlarına görə "Metak" FK-ya xəbərdarlıq edilir (maddə 11).