"Hapoel"in keçmiş futbolçusu HƏMAS tərəfindən öldürülüb

"Hapoel"in keçmiş futbolçusu HƏMAS tərəfindən öldürülüb

İsraillə Fələstin arasında davam edən müharibədə HƏMAS yaraqlıları keçmiş futbolçu Lior Asulini qətlə yetiriblər.

Mediasport.az xəbər verir ki, bu barədə Təl-Əvivin “Hapoel” klubu sosial şəbəkə hesablarında məlumat yayıb.

Bildirilib ki, 43 yaşlı idmançının meyiti Reim kibutsunun (kommuna) yanında aşkarlanıb.

O, ölkəsinin “Makkabi” (Hertsliya), “Beytar”, Bney Sahnin” və “Bney Yehuda”, həmçinin Kiprin “Apollon” komandalarında çıxış edib.