Danimarka millisi ardıcıl üçüncü dəfə Dünya çempionu oldu
İsveçdə kişilər arasında keçirilən həndbol üzrə Dünya çempionatına yekun vurulub.
mediasport.az xəbər verir ki, finalda Fransa yığmasını 34:29 hesabı ilə məğlub edən Danimarka həndbolçuları ardıcıl üçüncü dəfə dünyanın ən güclüsü adını qazanıblar.
32 komandanın iştirak etdiyi mundialın bürünc medallarına İspaniya yığması yiyələnib. Pireneylilər cari Avropa çempionu İsveçə minimal fərqlə qalib gəliblər - 39:36.
28-ci dəfə təşkil edilən DÇ-yə İsveçlə yanaşı, Polşa da ev sahibliyi edib, final və üçüncü yer uğrunda oyunlar skandinaviyalıların paytaxtı Stokholmda keçirilib. Çempion Danimarka yığması bu uğur sayəsində 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqəni rəsmiləşdirib.