Qaşım Maqomedov Yay Olimpiya Oyunlarının yarımfinalında!

Qaşım Maqomedov Yay Olimpiya Oyunlarının yarımfinalında!

Azərbaycanın taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Mediasport.az xəbər verir ki, 58 kq çəki dərəcəsində yarışan təmsilçimiz 1/4 finalda ispaniyalı Adrian Visente ilə qarşılaşıb.

Rəqibinə 2:0 hesabı ilə qalib gələn idmançımız yarımfinala yüksəlib.

Maqomedov ilk hissədə 11:5, ikinci yarıda 13:11 hesablı qələbələr qazanıb.