İdmançılarımız bu gün 6 növdə yarışacaqlar - Avropa Oyunları

İdmançılarımız bu gün 6 növdə yarışacaqlar - Avropa Oyunları

Polşada təşkil olunan III Avropa Oyunları davam edir.

MediaSport.az xəbər verir ki, Azərbaycan idmançıları yarışın 8-ci günündə oxatma, atıcılıq, badminton, boks və qılıncoynatmada qüvvəsini sınayacaq.

Eyni zamanda çimərlik futbolu üzrə milli komandamız da ilk oyununu keçirəcək.

Təmsilçilərimiz indiyədək 8 medal (2 qızıl, 1 gümüş, 5 bürünc) əldə ediblər. Komanda sıralamada 22-ci pillədə qərarlaşıb. III Avropa Oyunları iyulun 2-də başa çatacaq.


III Avropa Oyunları. Azərbaycan təmsilçiləri üçün günün proqramı


Qılıncoynatma

11:00. Kişilər. Şpaqa (şəxsi) Kənan Əliyev, Barat Quliyev, Ruslan Həsənov

15:00. Qadınlar. Sablya (şəxsi) Anna Başta, Valeri Bolşakova, Səbinə Kərimova, Palina Kaspiaroviç


Atıcılıq

11:00. Qadınlar. Təsnifat mərhələsi, komanda yarışları: Regina Meftəhəddinova, Nurlana Cəfərova, Sevda Nəcəfova (Skit)

15:00. Qarışıq komandalar, təsnifat mərhələsi: Ruslan Lunyov, Nigar Nəsirova (25 metr məsafəyə tapança ilə atəş açma)


Badminton

Qrup mərhələsi II tur

11:30. Qadınlar: Keyşa Fatime Zəhra (şəxsi)

18:00. Qadınlar: Keyşa Fatimə Zəhra - Era Məftuha (qoşa yarış)

11:30. Kişilər: Edi Reski Dviçayo (şəxsi)

18:00. Kişilər: Edi Reski Dviçayo - Ezmi Qovimuramadhoni


Oxatma

15:30. 1/32 final mərhələsi: Yaylagül Ramazanova


Boks

Qadınlar

16:15 - 23:00

75 kq. 1/8 final: Aynur Rzayeva - İrina Şoenberger

50 kq. 1/8 final: Anaxanım İsmayılova - Rita de Pinyo Soares (Portuqaliya)

57 kq. 1/16 final: Məhsəti Həmzəyeva-Ağamalıyeva – Tatevik Xaçatryan (Ermənistan)


Kişilər

17:00. 57 kq, 1/8 final: Sərxan Əliyev – Eskerxan Madiyev (Gürcüstan)

17:45. +92 kq, 1/8 final: Məhəmməd Abdullayev – Nikoloz Beqadze (Gürcüstan)


Çimərlik futbolu

A qrupu, I tur

22:30. Azərbaycan - Polşa