İdmançılarımız dünya çempionatı üçün Yaponiyaya yollanıblar

İdmançılarımız dünya çempionatı üçün Yaponiyaya yollanıblar

Azərbaycan paraatletləri Dünya çempionatında iştirak edəcəklər.

Mediasport.az xəbər verir ki, mundial Yaponiyanın Kobe şəhərində təşkil olunacaq.

Sabah start götürəcək və mayın 25-dək davam edəcək DÇ-də Orxan Aslanov, Səid Nəcəfzadə (hər ikisi uzunluğa tullanma), Samir Nəbiyev, Rüfət Rəfiyev (hər ikisi nüvə itələmə) və Lamiyə Vəliyeva (qaçış) mübarizə aparacaqlar.

Milli komandamız Asiya ölkəsinə baş məşqçi Oleq Panyutinin rəhbərliyi ilə yollanıb.