İdmançılarımız Dünya Kubokunda finala vəsiqə qazanıblar

İdmançılarımız Dünya Kubokunda finala vəsiqə qazanıblar

İspaniyanın Qranada şəhərində gənclər arasında güllə atıcılığı üzrə Dünya Kuboku davam edir.

Mediasport.az xəbər verir ki, Azərbaycanın iki idmançısı uğurlu çıxışla yadda qalıb.

Oğlanların mübarizəsində Vladislav Kalmıkov və Hacı Musayev finala vəsiqə əldə ediblər.

Təmsilçilərimiz müvafiq olaraq 573 və 565 xal qazanıblar.