Millimiz estonlara da uduzub

Millimiz estonlara da uduzub

Qadın badmintonçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının təsnifat mərhələsinin 2-ci qarşılaşmasında da uduzub.

Mediasport.az xəbər verir ki, yığmamız Abşeron Olimpiya İdman Kompleksində keçirilən oyunda Estoniyaya məğlub olublar (1:4). Onlar turnir çərçivəsində keçirilən ilk matçda Şotlandiyaya da uduzmuşdular (0:5).

Xatırladaq ki, Azərbaycan millisi təsnifat mərhələsinin son görüşündə bu gün Slovakiya ilə qarşılaşacaq.