Paris-2024: Azərbaycanın iki idmançısı medal arzusunda

Paris-2024: Azərbaycanın iki idmançısı medal arzusunda

Parisdə keçirilən 17-ci Yay Paralimpiya Oyunları davam edir.

Mediasport.az xəbər verir ki, 12:00-da T12 kateqoriyasında yer alan Səid Nəcəfzadə uzunluğa tullanma növündə çıxış edəcək.

12:45-də paraüzgüçü Raman Saley 50 metr məsafəyə sərbəst üsulla üzməkdə yarışacaq.

Hazırda Azərbaycan turnirdə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıb.

Raman Saley 100 metr məsafəyə arxasıüstə üzməkdə gümüş, parataekvondoçu İmaməddin Xəlilov (70 kq) qızıl, Sabir Zeynalov (58 kq) bürünc medala yiyələnib.