Azərbaycanın olimpiada üçün bayraqdarları müəyyənləşib

Azərbaycanın olimpiada üçün bayraqdarları müəyyənləşib

İyulun 26-da Parisdə start götürəcək Yay Olimpiya Oyunları üçün Azərbaycanın bayraqdarları müəyyənləşib.

Mediasport.az xəbər verir ki, 4-illiyin zirvə yarışında məsul vəzifə iki idmançımıza həvalə ediləcək.

Azərbaycan komandasının bayraqdarları boksçu Maqomed Abdullayev və cüdoçu Gültac Məmmədəliyeva olacaq.

Xatırladaq ki, avqustun 11-dək davam edəcək yarışda ölkəmizin 48 idmançısı 15 idman növü üzrə 17 proqramda mübarizə aparacaq.