"Qarabağ"ın ÇL rəqibi həvəskar liqadan nigeriyalı futbolçu aldı
Futbol üzrə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq "Linkoln" heyətini gücləndirib.
MediaSport.az xəbər verir ki, Cəbəllütariq klubu təmsilçimizlə matç öncəsi Samson Bolayi Acayini transfer edib.
24 yaşlı nigeriyalı yarımmüdafiəçi Slovakiyanın həvəskar "Kalna" klubundan gəlib.
"Qarabağ" "Linkoln"la ilk oyununu iyulun 11-də səfərdə keçirəcək. Cavab dueli iyulun 19-da Bakı Olimpiya Stadionunda oynanılacaq.