Kərim Benzemadan GÖZLƏNİLMƏZ qərar: Milli karyerasını başa vurdu!
Dünya Kuboku-2022-ni zədə səbəbindən buraxan Fransa yığmasının hücumçusu Kərim Benzema milli karyerası barədə gözlənilməz qərar verib.
mediasport.az xəbər verir ki, 35 yaşlı forvard yığmadakı çıxışını başa vurduğunu açıqlayıb.
O, sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib: "Bu gün olduğum yerdə olmaq üçün çox səy göstərdim, çox səhvlər etdim. Amma bütün bunlarla qürur duyuram. Mən öz hekayəmi yazdım və bizimki bitdi".
Benzema 2007-ci ildən Fransa yığmasında çıxış edirdi. Bu müddət ərzində millinin heyətində 97 oyuna 37 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.