"Lager"i xatırladan olimpiya kompleksinin idman zalı - FOTOLAR

"Lager"i xatırladan olimpiya kompleksinin idman zalı - FOTOLAR

Ümummilli Lider Heydər Əliyev deyirdi ki, indi dünyada ölkəni, xalqı idman qədər başqa heç nə tanıda bilmir.

Elə Şirvan Olimpiya İdman Kompleksinin girişində ilk olaraq Ulu Öndərin bu kəlamı ilə rastlaşmaq mümkündür.

Lakin təəssüf ki, ayrı-ayrı məmurlar, nazirlər, idarə və struktur rəhbərləri ölkənin sərvətlərini qorumur, qoruya bilmir, işlərini başdansovdu görürlər.

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə yarıtmaz rəhbərlərə xəbərdarlıq edir, nöqsanı olanları işdən çıxarır, vəzifə başında olanlara xalqın-millətin təbii və qeyri-təbii sərvərlərini, mülkünü qorumağı və xalqa-millətə sədaqətlə xidmət etməli olduqlarını tapşırır.

Gördüyünüz şəkilləri paytaxtdan 118 km məsafədə yerləşən Şirvan şəhərindən olan izləyicimiz çəkib. Oxucumuz qeyd edir və şəkillərdən də aydın görünür ki, Olimpiya İdman Kompleksinin trenajor zalı yararsız vəziyyətə düşüb. Bu vəziyyətdə fəaliyyət göstərən zalın işıq lampalarının çoxu yanmır, idman qurğularının 60-70%-i sıradan çıxıb, sınmış və qırılmış bəzi hissələr yenidən quraşdırılmaqla təhlükə mənbəyinə çevrilib.

Şikayətçi bildirir ki, burada idman avadanlıqlarının əksəriyyəti nasazdır, havalandırma sistemi işləmir, sanitar qovşaq çox pis durumdadır, toz basmış pəncərələri ərp bağlayıb və s.

Bir sözlə, zal bu gün müharibə zamanındakı "lager"ləri - düşərgələri xatırladır.

P.S. Ümid edirik ki, Gənclər və İdman Nazirliyi, aidiyyəti qurumlar yaranmış problemi tezliklə həll edəcəklər. Biz axı idman ölkəsiyik, sağlam ruhda idmançılar yetişdiririk...

MediaSport.az