"Həm oyun planında, həm də heyətdə bəzi dəyişikliklər olacaq"

"Həm oyun planında, həm də heyətdə bəzi dəyişikliklər olacaq"

"Sabah bizi ciddi bir rəqib gözləyir. Maraqlı qarşılaşma olacağını düşünürəm. Deyərdim ki, Bolqarıstan yığması hardasa Millətlər Liqasında olan rəqiblərə bərabərdir".

Mediasport.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov deyib.

Təcrübəli mütəxəssis "FİFA series - Edition 2024" turniri çərçivəsində Bolqarıstan yığması ilə matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib:

"Yaxşı sınaq olacaq. Sabahkı matçda həm oyun planında, həm də heyətdə bəzi dəyişikliklər olacaq. Rəqibi analiz etmişik. Komandada atmosfer yaxşıdır. Çalışacağıq ki, yaxşı oynayıb, qalib gələk".

Qeyd edək ki, millimiz ilk dəfə təşkil olunan yarışda ilk görüşün Monqolustan seçməsinə qarşı keçirib və 1:0 hesablı qələbə qazanıb.