Yığmamızdan millimizə 5 qol

Yığmamızdan millimizə 5 qol

AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində iyunun 17-də Estoniya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası yoxlama oyunu keçirib. 

mediasport.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda 21 yaşadək futbolçulardan ibarət komanda ilə qarşılaşan yığma 5:2 hesablı qələbə qazanıb.

Mahir Həsənovun avtoqol müəllifi olduğu oyunda millimizin digər qollarını Mahir Emreli, Filip Ozobiç, Musa Qurbanlı və Toral Bayramov vurublar. U-21-in heyətində isə Elçin Qasımov və Ağadadaş Salyanski fərqlənib.

Estoniya ilə matç saat 20:00-da “Dalğa Arena”da baş tutacaq.