Məhəmmədəli Osmanlıdan Bakıda döyüş gecəsində texniki nokaut
Bakıda Zabit Səmədova məxsus “New Generation Fighting” təşkilatının döyüş gecəsi keçirilib.
Mediasport.az xəbər verir ki, yarış çərçivəsində MMA qaydaları üzrə 9 döyüş baş tutub.
Daha bir döyüş kikboksinq qaydalarına uyğun təşkil olunub.
Gecənin əsas döyüşü azərbaycanlı Məhəmmədəli Osmanlı və mərakeşli Ömər Aşur arasında olub. Həmyerlimiz texniki nokautla qalib gəlib.
Qeyd edək ki, bu, “New Generation Fighting”in sayca 4-cü turniridir.