Bakıda "Landmark 7" turniri: 5 döyüşçümüz mübarizə aparacaq
Bu gün Bakıda məşhur "Rizin" Döyüş Federasiyasının "Landmark 7" turniri keçiriləcək.
Mediasport.az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutacaq yarış saat 17:00-da start götürəcək.
Turnirdə Azərbaycanın Azərbaycanın 5 MMA döyüşçüsü çıxış edəcək. Əsas görüş Vüqar Kərəmovla yaponiyalı Çihiro Suzuki arasında gözlənilir.
31 yaşlı idmançımız ötən il qazandığı kəmərini qorumağa çalışacaq.
Bundan əlavə, Tofiq Musayev digər yapon Toji Takeda, Nəriman Abbasov rusiyalı Ali Abdulxalikov, Mehman Məmmədov türkiyəli Ferit Göktepe, Tural Rəhimov isə cənubi koreyalı Kyun Pyu Kim ilə qarşılaşacaq.