"Neftçi"nin futbolçusu İlham Əliyevlə görüşdə iştirak edib

 "Neftçi"nin futbolçusu İlham Əliyevlə görüşdə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Mediasport.az xəbər verir ki, görüşdə "Neftçi"nin yarımmüdafiəçisi Qara Qarayev də iştirak edib.

Qeyd edək ki, Qara Qarayev əslən Füzuli rayonundandır. Horadiz qəsəbəsində anadan olub.