Dünya şöhrətli Luis Hemilton 50 min avro cərimələnib
FİA (“Federation İnternational Automobile” – Beynəlxalq Avtomobil Federasiyası) Qətər Qran-prisində qəza etdikdən sonra yarış zonasını piyada keçən “Mersedes” komandasının pilotu Luis Hemiltonu cərimə edib.
Mediasport.az xəbər verir ki, 38 yaşlı pilot komanda yoldaşı Corc Rassellə toqquşduqdan sonra mübarizəni yarımçıq tərk etməli olub.
Yarış sona çatdıqdan sonra Hemilton 50 min avro cərimələnib.
Müvafiq qurum məsələni yenidən müzakirə etməyi düşünür. Britaniyalınım daha ciddi cəzalar almaq ehtimalı var.