İnsult keçirən Vasilyevin ürək sızladan görüntüləri - VİDEO

İnsult keçirən Vasilyevin ürək sızladan görüntüləri - VİDEO

Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev müalicəsini ev şəraitində davam etdirir.

Mediasport.az xəbər verir ki, 52 yaşlı ölkə çempionunun qonağı olan "İdman.biz TV" onun hazırkı durumu ilə maraqlanıb, veteran hücumçunun fikirlərini öyrənib.

Fevralın əvvəlində insult keçirən Vasilyev hər şeyə müalicəsindən sonra aydınıq gələcəyini bildirib. Onun sözlərinə görə, durumu yavaş-yavaş qaydasına düşür. Veteran futbolçu yenidən həkim müayinəsinə gedəcəyini, tam sağalmağı üçün zamana ehtiyacının olduğunu da deyib.

Vasilyev, həmçinin ölkə futbolunu izləməsindən, "Qarabağ"ın Avropa Liqasında "Bayer"lə şansından danışıb, millidə görmək istədiyi baş məşqçinin adını açıqlayıb.