Millət vəkili Bakıda səfərdə olan Məsut Özilə mükafat təqdim etdi

Millət vəkili Bakıda səfərdə olan Məsut Özilə mükafat təqdim etdi

Millət vəkili Fazil Mustafa Azərbaycana səfərə gələn Almaniya millisinin sabiq futbolçusu Məsut Özilə mükafat təqdim edib.

Mediasport.az xəbər verir ki, deputat bu barədə sosial media hesabında paylaşım edib:

"Türkiyə Maarif Vaqfının yenicə açdığı məktəbdə keçirilən tədbir çox maraqlı oldu. Sonda dünya çempionu Məsut Özilə mükafat təqdim etdim. Bu dəfə millət vəkili kimi deyil, Milli Məclisin futbol komandasının üzvü kimi…"

Xatırladaq ki, 2014-cü ilin dünya çempionu Azərbaycana Türkiyədə açacağı idman akademiyası ilə bağlı səfər edib.

Madrid "Real"ının keçmiş ulduzu "Qarabağ", "Zirə" və "Ulduz" Futbol Akademiyalarının da qonağı olub.