"Sumqayıt" ABŞ-li, "Sərhədçi" isə türkiyəli basketbolçu transfer etdi
Azərbaycanın basketbol klubları heyətlərini yeni oyunçularla gücləndiriblər.
Mediasport.az xəbər verir ki, "Sumqayıt" 29 yaşlı oyunqurucusu Kaelen Melounla 1 illik müqavilə imzalayıb.
ABŞ-li buna qədər ölkəsinin "Uçita Steyt Şokers", "Oral Roberts Universiti" və Kiprin "APOP Pafu" klublarında çıxış edib.
O, ötən mövsüm Sloveniyanın "Terme Olimiya" komandasının şərəfini qoruyub.
Buna qədər "Sumqayıt" daha 3 amerikalı basketbolçunu (Derrik Nyuton, Calen Houkins və Ceylon Klark) heyətinə qatmışdı.
"Sərhədçi" isə türkiyəli Ulaş Turqutla anlaşıb. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.