"Zirə"nin UEFA Avropa Liqasında rəqibi müəyyənləşdi

"Zirə"nin UEFA Avropa Liqasında rəqibi müəyyənləşdi

Futbol üzrə UEFA Avropa Liqasında 2024/2025-ci illər mövsümü üçün 1-ci təsnifat mərhələsinin püşkü atılıb.

Mediasport.az xəbər verir ki, Azərbaycanı bu raundda təmsil edəcək "Zirə"nin də rəqibi müəyyənləşib.

Rəşad Sadıqovun başçılıq etdiyi kollektiv 1-ci təsnifat mərhələsində Moldovanın "Şerif" kollektivi ilə qarşılaşacaq.

Xatırladaq ki, I təsnifat mərhələsinin oyunlarına iyulun 11-də start veriləcək. Cavab görüşləri 1 həftə sonra baş tutacaq.

Avrokubokların II təsnifat mərhələsinin püşkü isə sabah atılacaq.

"Qarabağ"ın Çempionlar Liqasında, "Sabah"la "Sumqayıt"ın Konfrans Liqasındakı ilk rəqibləri, həmçinin "Zirə"nin növbəti raundda qarşılaşa biləcəyi komanda məlum olacaq.