Millimizin Moldova ilə oyununu ukraynalı hakimlər idarə edəcək

Millimizin Moldova ilə oyununu ukraynalı hakimlər idarə edəcək

Azərbaycan millisinin Moldovaya qarşı keçirəcəyi görüşün hakimləri dəqiqləşib.

mediasport.az xəbər verir ki, oyunu ukraynalı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Denis Şurmandı. Ona Aleksandr Jukov və Viktor Nıjnık kömək edəcək. Noyabrın 16-da Kişinyovdakı "Zimbru" stadionunda keçiriləcək Moldova - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.