Azərbaycan bayrağını yandırmaq ermənilərə baha başa gəldi - QƏRAR

Azərbaycan bayrağını yandırmaq ermənilərə baha başa gəldi - QƏRAR

Beynəlxalq Ağır Atletika Federasiyası Ermənistanı 2024-cü ildə İrəvanda keçirilməsi planlaşdırılan dünya çempionatına ev sahibliyi hüququndan məhrum edib.

mediasport.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Ağır Atletika Federasiyasının İdarə Heyətinin üzvü Anar Hüseynov verib.

Qurum rəsmisi deyib ki, nankor ermənilərin DÇ-2024-ü keçirmə hüququndan məhrum edilməsi üçün lazım olan bütün addımları ataraq istəklərinə nail olublar: "Bayrağımıza qarşı bu hərəkətin cəzası olmalı idi. İlk gündən beynəlxalq nüfuzlu təşkilat və federasiyalara məktublar yazdıq, təmaslar qurduq, işin həm mənəvi, həm də hüquqi tərəfinə reaksiya verilməsi, ermənilərin bu addımının pislənilməsi üçün çalışdıq. Biz onların bütün planlarını poza bildik. Beynəlxalq Ağır Atletika Federasiyası ilə az qala gündəlik fəaliyyətimiz nəticəsində bu səhər qurumun İcraiyyə Komitəsinin Kubada keçirilən iclasında 2024-cü ilin ağır atletika üzrə dünya çempionatının Ermənistanda keçirilməməsi, bu hüququn Bəhreynə verilməsi qərarı qəbul edildi. Ədalət bərqərar oldu!".

Qeyd edək ki, bir neçə ay İrəvanda keçirilən Avropa çempionatının açılış mərasimində vandallıq edən ermənilər yarışın açılış mərasimində Azərbaycan bayrağını yandırmışdılar. Qitə birinciliyində iştirakdan dərhal imtina edən komandamız Azərbaycan hökumətinin zamanında verdiyi doğru qərarla Ermənistanı tərk etmişdi.