Millimizin 12 üzvündən heç biri olimpiadaya lisenziya qazanmadı

Millimizin 12 üzvündən heç biri olimpiadaya lisenziya qazanmadı

Qətərin paytaxtı Dohada atıcılıq üzrə Dünya Olimpiya Təsnifat Turniri başa çatıb.

Mediasport.az xəbər verir ki, Azərbaycan millisinin üzvləri uğursuz çıxışla yadda qalıblar.

İdmançılarımızdan heç biri "Paris-2024"ə vəsiqə qazana bilməyib.

Qadınların mübarizəsində final mərhələsinə yüksələn Regina Meftahətdinova olimpiadanın biraddımlığında dayanıb.

O, 25 xalla turniri 5-ci yerdə tamamlayıb.

Reqlamentə əsasən, əvvəlki yarışlarda lisenziya qazanmayanlar arasında ən yaxşı iki idmançı Olimpiya Oyunlarında iştirak hüququ əldə edib.

Yığmamızın digər üzvləri isə təsnifat səddinə "ilişib".

Nurlana Cəfərova 118 xalla 15-ci, Sevda Mustafayeva 101 xalla 69-cu, kişi atıcılarımızdan Niyaz Ağazadə 116 xalla 74-cü, Fuad Qurbanov 113 xalla 92-ci, Cavid Həsənov 105 xalla 128-ci yeri tutub.

Daha əvvəl başa çatan səngər stendi (trap) üzrə yarışda ölkəmizi təmsil edən Aydan Camalova, Əli Hüseynli, Ülviyyə Eyvazova, Sabir Mehdizadə, Rəna Ələskərova və Əlimirzə Quliyev də təsnifat mərhələsində iştirakla kifayətləniblər.