"Nəticə oyunun faktiki gedişatını əks etdirmir"

"Nəticə oyunun faktiki gedişatını əks etdirmir"

"Barselona"nın yarımmüdafiəçisi Pedri Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu matçında "Bavariya"ya məğlubiyyətini (0:2) şərh edib.

MediaSport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya klubunun üzvü əslində ilk hissədə oyunun taleyini həll etməli olduqlarını deyib:-

"Nəticə oyunun faktiki gedişatını əks etdirmir. Oyunumuza görə, fasiləyə 0:0-dan da yaxşı nəticə ilə yollanmalıydıq. Hesabda önə çıxmaq imkanlarımız var idi. Amma belə ciddi rəqiblə oyunda şansınızı əldən versəniz, təbii ki, acısını çəkməlisiniz. Künc zərbəsini zamanı etdiyimiz səhvə görə rəqib önə keçdi. İndi ilk hissədə nə qədər yaxşı oynadığımızı unutmadan, baş verənləri həll etməyin vaxtıdır".