Nazir BTF-in prezidenti Qabor Borsanyi ilə görüşdü

Nazir BTF-in prezidenti Qabor Borsanyi ilə görüşdü

Gənclər və idman naziri Fərid Qayıbov Beynəlxalq Teqbol Federasiyanın prezidenti Qabor Borsanyi ilə görüşüb.

mediasport.az xəbər verir ki, görüşdə Azərbaycanda bütün idman növlərinə diqqət göstərildiyini vurğulayan nazir son zamanlar bu sahədə görülən işlər barədə məlumat verib.

Qabor Borsanyi Beynəlxalq Teqbol Federasiyasının Azərbaycanda bu idman növünün təbliği və inkişafı üçün əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib. Qeyd olunub ki, yeni idman növü olmasına baxmayaraq dünyada geniş yayılmaqda olan teqbola Azərbaycanda da gənclər maraq göstərirlər.

Görüşdə nazir müavini Mariana Vasileva, İdman şöbəsinin müdiri Elnur Məmmədov, Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma, Teqsports beynəlxalq biznesin inkişafı şöbəsinin rəhbəri İştvan Döbrei və Azərbaycan Teqbol Federasiyasının prezidenti Vüqar Xəlilov və baş katibi Əfqan Həmzəyev iştirak ediblər.