Nəcəfov Cəbəllütariq boğazında 16 km məsafəni üzərək keçdi
Azərbaycan vətəndaşı Boris Nəcəfov sentyabrın 5-də Cəballütariq boğazını üzərək keçib.
Mediasport.az xəbər verir ki, idmançı ümumi 16,2 km məsafəni üzüb.
Qeyd edək ki, B.Nəcəfovun iştirak etdiyi üzmə missiyası Avropanın və İspaniyanın cənub nöqtəsindən - Tarifa şəhərindən başlayır və Afrikada - Mərakeşdə başa çatır.
Həmyerlimiz bildirib ki, Cəbəllüttariq boğazında üzmə zamanı rəqiblər insanlar deyil, külək, dalğalar, soyuq su və Atlantik okeanından gələn güclü axındır. Burada üzmək üçün hava şəraitini gözləmək lazımdır.