Dünyanın ən bahalı futbolçularının "11-liy"i - 1.2 milyardlıq SİYAHI

Dünyanın ən bahalı futbolçularının "11-liy"i - 1.2 milyardlıq SİYAHI

“Transfermarkt” portalı dünyanın ən bahalı futbolçularından ibarət rəmzi heyəti tərtib edib.

Mediasport.az xəbər verir ki, "11-lik"də yer alan futbolçuların ümumi dəyəri 1,22 milyard avrodur.

Hazırda dünyanın ən dəyərli oyunçuları Cud Bellingem, Kilian Mbappe və Erlinq Haalanddır.

Qapıçı: Mayk Menyan (Fransa, Milan);

Müdafiəçilər: Trent Aleksander-Arnold (İngiltərə, Liverpul), Vilyam Saliba (Fransa, Arsenal), Ruben Diaş (Portuqaliya, Mançester Siti), Yoşko Qvardiol (Xorvatiya, Mançester Siti).

Yarımmüdafiəçilər: Rodri (İspaniya, Mançester Siti), Camal Musiala (Almaniya, Bayern Münhen), Deklan Rays (İngiltərə, Arsenal);

Hücumçular: Cud Bellingem (İngiltərə, Real Madrid), Kilian Mbappe (Fransa, PSJ), Erlinq Haaland (Norveç, Mançester Siti).