MOK-da Olimpiya idman növləri üzrə seminar təşkil olunub

MOK-da Olimpiya idman növləri üzrə seminar təşkil olunub

Milli Olimpiya Komitəsində (MOK) Olimpiya idman növləri üzrə federasiyalar üçün sosial media və marketinq seminarı keçirilib.

Mediasport.az xəbər verir ki, MOK-un vitse-prezidenti Zemfira Meftahətdinova federasiya nümayəndələri üçün təşkil olunan seminarın əhəmiyyətindən danışıb.

Bildirib ki, bu seminar federasiyalar üçün Olimpiada ərəfəsində çox faydalı olacaq.

Sonra “Paris-2024” Yay Olimpiya Oyunları ilə bağlı promo çarx nümayiş olunub.

Milli Olimpiya Komitəsinin marketinq şöbəsinin direktoru Səkinə Vəliyeva "MOK-un Paris-2024 Yay Olimpiya Oyunlarına dair strategiyası" adlı məruzə ilə çıxış edib. O, həmçinin Paris-2024-ə dair qaydalar və tövsiyələr barədə məlumat verib.

"MOK-un informasiya mübadiləsi üzrə strategiyası" barədə danışan qurumu mətbuat katibi Murad Fərzəliyev bildirilib ki, istənilən informasiyanın hazırlanması və yayımlanması böyük məsuliyyət tələb edir.

Çünki bu gün verilən informasiya özünün mahiyyətinə, mövzusuna və faktların dürstlüyünə görə idman tarixi üçün böyük əhəmiyyətə malikdir.

O, qeyd edib ki, MOK-un informasiya mübadiləsi üzrə strategiyasında sosial şəbəkə və KİV-lərlə yanaşı, federasiyaların mətbuat xidmətləri ilə də qarşılıqlı və işgüzar əlaqələrin yaradılmasına xüsusi önəm verilir.