Azərbaycanın daha bir cüdoçusu olimpiadada medalsız qaldı
Azərbaycanın daha bir cüdoçusu Paris-2024 yay Olimpiya Oyunlarında mübarizəni erkən başa vurub.
Mediasport.az xəbər verir ki, 81 kq çəkidə yarışan Zelim Çkayev ümidləri doğrultmayıb.
Mübarizəyə 1/16 finalda başlayan təmsilçimiz yerli Alfa Caloya ipponla məğlub olaraq olimpiada ilə vidalaşıb.
Qeyd edək ki, əvvəlki günlərdə Azərbaycan cüdoçularından Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) uğursuz çıxış ediblər.
Hidayət Heydərov (73 kq) isə Olimpiya çempionu olub.