Ölkə prezidenti Azərbaycan boksçusu ilə bağlı paylaşım etdi
Kuba prezidenti Migel Dias-Kanel Azərbaycan boksçusu Alfonso Domingesin Paris-2024 Yay Olimpiya Oyunlarında ilk qələbəsindən sonra verdiyi müsahibəyə münasibət bildirib.
Mediasport.az xəbər verir ki, dövlət başçısı buunla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Kuba prezidenti qeyd edib ki, boksçuları Xulio Sezar La Kruza xal hesabı ilə qalib gələn Alfonsonun açıqlaması dürüst, ləyaqətli və təsiredicidir:
“Onu yetişdirən vətəninə hörmətlə yanaşması tədqirəlayiqdir. Kuba onun qələbəsinə sevinir, baxmayaraq ki, qardaş Azərbaycanı təmsil edir”.
Qeyd edək ki, Dominges ikiqat Olimpiya çempionunu 3:2 (29:28, 28:29, 29:28, 27:30, 29:28) hesabı ilə məğlub edib.