Paris-2024: Rafiq Hüseynovdan gözlənilməz məğlubiyyət

 Paris-2024: Rafiq Hüseynovdan gözlənilməz məğlubiyyət

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə uğursuz başlayıb.

Mediasport.az xəbər verir ki, 87 kq çəki dərəcəsində yarışan dünya çempionumuz 1/8 finalda David Losonçi (Macarıstan) ilə üz-üzə gəlib.

Titullu güləşçimiz rəqibinə məğlub olub - 2:5.

Losonçi finala çıxsa, təmsilçimiz təsəlliverici görüşə qatılacaq.