İmaməddin Xəlilov İngiltərədə bürünc medal qazanıb

İmaməddin Xəlilov İngiltərədə bürünc medal qazanıb

Azərbaycan millisi İngiltərənin Mançester şəhərində keçirilən parataekvondo üzrə "Qran-pri"nin final mərhələsini bir medalla başa vurub.

Mediasport.az xəbər verir ki, komandanın heyətində İmaməddin Xəlilov (70 kq) uğurlu çıxış edib.

K-44 kateqoriyasında mübarizə aparan parataekvondoçu bürünc medala sahib olub.