22 yaşlı futbolçunu oyun zamanı ildırım vuraraq öldürüb - FOTO

22 yaşlı futbolçunu oyun zamanı ildırım vuraraq öldürüb - FOTO

Braziliya futbolunda bədbəxt hadisə baş verib.

Mediasport.az xəbər verir ki, Regional Liqada yarışan “Uniau Japirense” klubunun futbolçusu Kayo Enrike de Lima Qonsalviş matç zamanı ildırım vurması səbəbindən həyatını itirib.

Hadisə Parana ştatının kubok görüşündə qeydə alınıb. Daha 6 futbolçunu ildırım vursa da, yalnız Enrike de Lima dünyasını dəyişib.