Para-üzgüçümüz Dünya Oyunlarında bürünc medal qazandı

Para-üzgüçümüz Dünya Oyunlarında bürünc medal qazandı

Para-üzgüçülük idman növü üzrə milli komandamızın üzvü Aqil Nəsibov Portuqaliyanın Vila Real de Santo Antonio şəhərində keçirilən Beynəlxalq əlil arabası istifadəçiləri və amputant idmançıların Dünya Oyunlarının bürünc medalını qazanıb.

mediasport.az xəbər verir ki, idmançıız arxası üstə üzmə növündə (50 metr) 1:04:11 nəticə göstərərək 3-cü yerə çıxıb.

Azərbaycan bununla da Dünya Oyunlarında qazandığı medalların sayını 3-ə çatdırıb. Komandamız daha əvvəl 1 gümüş və 1 bürünc medal qazanıb.