Paris-2024: Azərbaycan güləşçiləri Fransada mübarizəyə başlayırlar

Paris-2024: Azərbaycan güləşçiləri Fransada mübarizəyə başlayırlar

Bu gün Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında güləş yarışları start götürəcək.

Mediasport.az xəbər verir ki, ilk gündə Azərbaycanın 2 pəhləvanı mübarizəyə qoşulacaq.

Yunan-Roma güləşçilərimiz - 60 kq-da Murad Məmmədov venesuelalı Rayber Rodriges Orosko, 130 kq-da Sabah Şəriəti (130 kq) estoniyalı Heyki Nabi  ilə qarşılaşacaq.

Saat 17:00-da reallaşacaq yarışda hər iki təmsilçimiz mübarizəyə 1/8 finaldan başlayacaq.

Azərbaycan güləşçilərinin bütün görüşləri İTV kanalında canlı yayımlanacaq. Ölkəmiz Fransada 11 güləşçi ilə təmsil olunacaq. Onlardan 5-i yunan-Roma, 6-sı sərbəst güləşçilərdir.

Yunan-Roma güləşi: Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (87 kq), Sabah Şəriəti (130 kq);

Sərbəst güləş: Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq), Maqomedxan Maqomedov (97 kq), Giorgi Meşvildişvili (125 kq).

Xatırladaq ki, Azərbaycan olimpiadada indiyədək 3 medalı təmin edib. Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) çempion olublar.

Boksçu Alfonso Dominges isə finala çıxdığı üçün minimum 2-ci yeri tutacaq.