Fransaya yollanacaq milli komandamızın heyəti açıqlandı

Fransaya yollanacaq milli komandamızın heyəti açıqlandı

Azərbaycan milli komandası tarixində ilk dəfə martın 22-də Fransanın Mets şəhərində start götürəcək X Beynəlxalq Abilimpiya Çempionatında iştirak edəcək.

mediasport.az xəbər verir ki, dörd gün davam edəcək yarışda iştirak edəcək yığmamızın heyəti açıqlanıb.

Ölkəmiz 15 idmançı ilə təmsil olunacaq. Cəmilə Məmmədli (mətn tərtibi), Oruc Salehov (dərzilik), Toğrul Bağırov (çörək bişirmə), Fərəc Əlimirzəyev (masaj), Əfsanə Tağıyeva (dulusçuluq), Əbülqasım Nəzərov (proqramlaşdırma), Ənvər Hüseynov (kompüter yığılması), Rüfət Babayev (kompüter yığılması), Umud Rüstəmov (poster dizayn), Natiq Əhmədov (aşpazlıq), Elşən İsmayılov (web səhifələrin hazırlanması), Asif Qasımov (ağac üzərində oyma), Nərmin İsmayılova (ağac üzərində oyma), Orxan Əliyev (multimedia jurnalistikası), Leyla Rəsulova (Milçə ilə toxuculuq) mübarizə aparacaq.