Hacı Əliyevin 33-cü Yay Olimpiya Oyunlarında ilk rəqibi məlum oldu
Azərbaycanın sərbəst güləşçiləri Hacı Əliyev (65 kq) və Maqomedxan Maqomedovun (97 kq) Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oytunlarında ilk rəqibləri müəyyənləşib.
Mediasport.az xəbər verir ki, hər iki idmançımız mübarizəyə 1/8 final mərhələsindən başlayacaq.
Üçqat dünya və dördqat Avropa çempionu Əliyevin rəqibi meksikalı Ostin Qomes olacaq.
Maqomedov isə Dominikan Respublikası təmsilçisi Luis Migel Pereslə qarşılaşacaq.
Görüşlər sabah saat 13:30-dan start götürəcək.