Paris-2024 Paralimpiya Oyunları: Vəli İsrafilov bürünc medal qazandı

Paris-2024 Paralimpiya Oyunları: Vəli İsrafilov bürünc medal qazandı

Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

Mediasport.az xəbər verir ki, SB13 kateqoriyasında çıxış edən idmançı 100 metr məsafəyə brass (qurbağa) üsulu ilə üzmə yarışında 1:05:35 nəticə ilə bunu bacarıb.

Buna qədər Azərbaycanın aktivində 3 qızıl, 1 gümüş və 2 bürünc medal var idi.

“Paris-2024” Yay Paralimpiya Oyunları sentyabrın 8-də başa çatacaq.