PFL rəsmiləri Ağdamda ağır avtoqəza keçiriblər - Yaralılar var
Peşəkar Futbol Liqasının (PFL) rəsmiləri ağır yol qəzası keçiriblər.
Mediasport.az xəbər verir ki, hadisə Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində "Mercedes" markalı mikroavtobusun yol kənarındakı maneəyə çırpılması nəticəsində baş verib.
Qəza nəticəsində PFL-in prezidenti Elxan Səmədov, vitse-prezidenti Aslan Şahgəldiyev, mətbuat katibi Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov, həmçinin Zaur Hacıməhərrəmov və Rasim Qafarlı xəsarət alıblar.
Müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Onlardan 2-nin vəziyyəti ağır, 2-nin vəziyyəti orta ağır, 2-nin vəziyyəti isə stabil qiymətləndirilir.
Xəsarət alan şəxslər Bakıda yerləşən özəl tibb müəssisəsinə təxliyə olunublar.