Fransa və Portuqaliya 1/4-də

Fransa və Portuqaliya 1/4-də

Almaniyada keçirilən futbol üzrə 17-ci Avropa çempionatında 1/8 final mərhələsinin oyunları davam edir.

Mediasport.az xəbər verir ki, Fransa və Portuqaliya yığmaları 1/4 final vəsiqələrini təmin ediblər.

Günün ilk duelində qarşılaşan Fransa və Belçika indiyədək 10 dəfə üz-üzə gəlmişdilər.

"Xoruzlar" 4, Belçika 3 dəfə qələbə qazanmışdı, 3 matçda qalib müəyyənləşməmişdi.

Gecə saatlarında penaltilərə qədər uzanan dueldə Portuqaliya və Sloveniya isə cəmi 1 dəfə qarşılaşmışdılar.

Xatırladaq ki, Avropa çempionatının 1/4 final mərhələsinin 2 cütü daha əvvəl məlum olub: İspaniya - Almaniya və İngiltərə - İsveçrə.

Avropa çempionatı. 1/8 final

Fransa - Belçika 1:0

Qol: Yan Vertongen, 85-avtoqol.

Baş həkim: Qlenn Niberq (İsveç).

Düsseldorf. "Düsseldorf Arena".

Portuqaliya - Sloveniya 0:0 (pen-3:0)

Baş hakim: Daniele Orsato (İtaliya).

Frankfurt. "Frankfurt Arena".