Premyer Liqa klubu portuqal məşqçi ilə müqavilə bağlayıb
İngiltərə Premyer Liqası təmsilçisi "Nottingem Forest"in yeni baş məşqçisi müəyyənləşib.
Mediasport.az xəbər verir ki, komandanı Nunu Eşpiritu Santu çalışdıracaq.
Portuqaliyalı mütəxəssislə 2.5 illik müqavilə imzalanıb. 49 yaşlı Santu bu postda Stiv Kuperi əvəz edib.
Nottingem təmsilçisi liqada geridə qalan 17 turdan sonra 14 xalla 17-ci pillədə qərarlaşıb.