"Turan Tovuz" beynəlxalq futbol turnirində yarımfinala yüksəlib
Gənclər və İdman Nazirliyi və AFFA tərəfindən təşkil olunan Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Qol U-15” II Beynəlxalq futbol turnirində qrup mərhələsinə yekun vurulub.
Mediasport.az xəbər verir ki, "Turan Tovuz" "Sabah"lı həmyaşıdlarını 3:1 hesabı ilə məğlub edərək qrupda ikinci yeri tutub və 6 xalla yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, Samir İsmayılovun rəhbərlik etdiyi kollektiv ilk matçda Belarus Futbol Akademiyasına məğlub olub, ikinci görüşdə "Qarabağ"a qalib gəlib.
Qərb təmsilçisi finala gedən yolda "Zirə"nin müvafiq yaş qrupu üzrə komandası ilə qarşılaşacaq.