"Qarabağ" Yunanıstanda vacib oyuna çıxır - AVROPA LİQASI

"Qarabağ" Yunanıstanda vacib oyuna çıxır - AVROPA LİQASI

Bu gün Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçiriləcək.

MediaSport.az xəbər verir ki, yarışdakı təmsilçimiz "Qarabağ" Yunanıstanda vacib matça çıxacaq.

Qurban Qurbanovun komandası qrupun geridə qalan hər iki görüşündə məğlub olmuş "Olimpiakos"un qonağı olacaq. Qrupun digər duelində isə “Frayburq” Almaniyada “Nant”ı sınağa çəkəcək.

Avropa Liqası. Qrup mərhələsi, III tur

G qrupu

23:00. “Olimpiakos” (Yunanıstan) - “Qarabağ” (Azərbaycan)

Baş hakim: İrfan Pelto (Bosniya və Herseqovina)

Pirey. "Georgios Karaiskakis" stadionu.