"Qarabağ" “Aspire Academy Friendly Series”də iştirak edəcək

"Qarabağ" “Aspire Academy Friendly Series”də iştirak edəcək

“Qarabağ” akademiyasının komandaları bu ay Qətərdə toplanış keçəcək.

Mediasport.az xəbər verir ki, mayın 18-23-də baş tutacaq səfər çərçivəsində U-15 və U-17 “Aspire Academy Friendly Series”də iştirak edəcək.

Akademiyanın meneceri Nail Kərimov və koordinatoru Aftandil Hacıyevin başçılıq etdiyi səfər çərçivəsində komandalar iki yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

Bu matçlar ayın 19-da və 21-də baş tutacaq.

Bununla da akademiyanın mövsüm ərzindəki beynəlxalq səfərlərinin sayı 8-ə çatacaq.